Süni intellekt əsasında çalışan “Cryptoyote” kriptovalyutaların ticarəti platforması beynəlxalq serverlərə inteqrasiya olunub.
FED.az xəbər verir ki, bunu layihənin rəhbəri Orxan Əhmədov deyib.
Eləcə də bax: Mərkəzi Bankın kriptovalyutalarla bağlı konkret addım - ATACAĞI GÖZLƏNİLMİR
Onun sözlərinə görə, sistem qeydiyyat üçün acıqdır və hazırda sınaq mərhələsində istifadəçilər hesab aca bilərlər.
“Müəyyən texniki problemlər birjalar tərəfindən müşahidə olunur ki, onların həlli istiqamətində işlər aparılır”, - deyə O. Əhmədov əlavə edib.
Qeyd edək ki “Cryptoyote” süni intellekt əsasında çalışan botdur. Bu həll kriptovalyuta bazarındakı vəziyyəti təhlil edərək müəyyən proqnoz verir. Proqnoz əsasında kriptovalyutanı nə vaxt almaq və satmaq lazım olduğunu görmək mümkündür. Bu proses tam olaraq avtomatlaşdırıb. Gələcəkdə “Cryptoyote”un tətbiq sahəsi genişləndiriləcək.
Apa