Bir çox ölkələrin mərkəzi bankları kriptovalyutalarla bağlı araşdırmalar aparır.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Alim Quliyev deyib.
Eləcə də bax:"Rəqəmsal ödənişlər stimullaşdırılacaq" - MÜSAHİBƏ
Onun sözlərinə görə, burada əsas problemlərdən biri odur ki, kriptovalyutaların emissiyasını həyata keçirilən mərkəzlər mövcud deyil və bu sahə tənzimlənmir: "Çirkli pulların yuyulması baxımından bu valyutaların özü ilə gətirəcəyi risklər var. Amma buna baxmayaraq, bu tendensiya artıq qlobal səviyyəyə çatıb və Mərkəzi Bank olaraq biz də beynəlxalq trendləri çox dərindən izləyirik. Bunun bir qanunvericilik bazası olmalıdır və gələcəkdən asılı olaraq biz də öz müvafiq adekvat addımlarımızı atacağıq. Yəni bu daim Mərkəzi Bankın diqqət mərkəzində olan bir prosesdir, amma hələlik bu istiqamətdə konkret addımın atılacağı gözlənilmir”.
APA.az