2024-cü il ərzində "Azərenerji" ASC tərəfindən 93.1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilib.
Məlumata əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 308,4 milyon ABŞ dolları və ya 4.3 dəfə azdır.
Qeyd edək ki, 2023-cü ildə "Azərenerji"nin ixracdan gəlirləri 401,5 milyon manat idi.