Azərbaycanda mebel istehsalı artıb. FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-oktyabr ayı ilə müqayisədə bu il mebel istehsalı 29,5% artıb. Belə ki, bu ilin yanvar-oktyabr aylarında 85405,4 min manatlıq mebel istehsal edilib.
Eləcə də bax:Azərbaycanda qiymətli metal hasilatı artıb – 3,1 TON QIZIL
Artan yalnız mebel istehsalı olmayıb. Həmçinin kompüter, elektron və optik məhsulların istehsalı da artıb. Belə ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu il qeyd edilən sahədə artım 37,1% təşkil edib.
Məlumat çünü bildirək ki, bu il göstərilən tarixlərdə 59342,0 min manatlıq kompüter, elektron və optik məhsulların istehsal olunub.