Azərbaycanın iri istehsal və dağıtım şirkətlərindən biri olan “DELTA QRUP C.O.” MMC bölünüb.
Eləcə də bax: Azərbaycan şirkəti ləğv olunur – ƏMLAKI BÖLÜNƏCƏK
FED.az xəbər verir ki, “DELTA QRUP C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “ATS FOOD” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan edib.
22 Avqust 2022-cki il tarixinə olan məlumata görə, “DELTA QRUP C.O.” MMC 40 milyon 6 min manat nizamnamə kapitalına malikdir.
“DELTA QRUP C.O.” şirkəti “Bismak” markası ilə şirniyyat və un məmulatları, “Çörəkçi” markası ilə çörəklər istehsal edir. Həmçinin “Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət “Anchor”, “Доярушка”, “Ammerlander”, “Gut von Holstein”, “Tibet” kimi brendlərin Azərbaycanda rəsmi distributorudur. (Marja)