9 sentyabr 2022-ci il saat 12.00-da Sumqayıt şəhəri, 18-ci məhəllə, Azərbaycan prospekti 145 nömrəli ünvanda (Məclis Evi ) ləğv prosesində olan “Sumqayıt Dəmir Beton-1” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Azərbaycanda şirkət ləğv edilir – ƏMLAKI BÖLÜNƏCƏK
FED.az xəbər verir ki, iclasda ləğv prosesində olan “Sumqayıt Dəmir Beton-1”ASC-nin ləğvetmə balansının və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq olunması müzakirə olunacaq.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatlarla (materiallarla) yığıncaq tarixindən əvvəlki üç iş günü ərzində cəmiyyətin ofisində Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59 nömrəli ünvanda iş vaxtı tanış olmaq mümkün¬dür.
Əlaqə telefonu - (050) 299-34-16.
Qeydiyyat 9 sentyabr 2022-ci il saat 10.00-da başlayacaqdır.
Səhmdarlar ümumi yığıncaqda iştirak etmək üçün şəxsiyyətlərini təsdiqləyən sənədi, onların nümayəndələri isə öz şəxsiyyətlərini təsdiq edən sənədlə birlikdə notarial qaydada təsdiq olunmuş etibarnaməni təqdim etməlidirlər.