14 dekabr 2023-cü il saat 14.00-da “Dəzgahqayırma Zavodu” ASC səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın ünvanı Şirvan şəhəri, Cənub sənaye Qovşağı “Dəzgahqayırma Zavodu” ASC-nin inzibati binasında olacaq
Gündəlikdəki məsələlərə aşağıdakılar daxildir:
1. Səhmdar cəmiyyətin idarəetmə orqanlarının maliyyə - təsərrüfat fəaliyyəti barədə yekun hesabatın müzakirəsi.
2. Hesablama komissiyasının yaradılması və onun tərkibinin müəyyən edilməsi.
3. Digər məsələlər. ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu – +994 50 228 38 24, +994 50 228 22 18, +994 55 390 01 02.