“Zaqatala-Fındıq” ATSC (VÖEN: 5100187171) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq 19 aprel 2026-cı il tarixində saat 10:00-da Zaqatala şəhəri, “Su səsi” restoranında baş tutacaq.
Yığıncağın gündəliyinə cəmiyyətin İdarə Heyətinin sədrinin hesabatının dinlənilməsi, illik hesabatın təsdiqi, təşkilati məsələlər, cəmiyyətin məhdud məsuliyyətli cəmiyyət formasında yenidən təşkil edilməsi, ayrılma yolu ilə yenidən təşkil edilməsi, təhvil aktının və ya bölünmə balansının təsdiqi, cəmiyyətin ləğv edilməsi və digər məsələlər daxildir.
Səhmdarlar gündəlik üzrə materiallarla Zaqatala şəhəri, Azərbaycan prospekti 37 ünvanında tanış ola bilərlər.
Əlaqə telefonu: (099) 565-00-00.












