Media Consulting and Services media monitorinq qrupu 01-28 fevral 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub. FED.az xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 12 Televiziya kanal, 13 radio dalğası; 55 çap və 600 on-line media daxil olmaqla 680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 22 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Eləcə də bax: Azərbaycanda yeni holding yaradılıb
Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumların ilk beşliyini təqdim edirik.
Mobil rabitə
Azercell 1598
Nar mobile 1297
Bakcell 689
Bank sektoru
Azərbaycan Beynəlxalq Bankı 2002
Kapital Bank 943
Paşa Bank 743
Accessbank 520
Bank Respublika 508
Sığorta sektoru
Azsıgorta 230
Atəşgah 159
Atəşgah Həyat 80
PAŞA sığorta 77
AXA MBASK 65
Ali məktəblər
BDU 3591
UNEC 1424
ADU 1114
ATU 860
BANM 700
Hotel
Excelsior 145
Landmark 131
Ambassador 111
JW Marriott Absheron 61
Hilton 55
Qeyd edək ki, elan olunan statistika yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır.
Azərbaycanın ən məşhur bankları və şirkətləri – AÇIQLANDI
10:29
15 Mart 2019