Bu ilin ilk 9 ayında Azərbaycana 64,2 milyon dollar (109,1 milyon manat) həcmində 10 min 340 ton çay idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6,2 milyon dollar (10,5 milyon manat) və ya 10,8% çoxdur, miqdar ifadəsilə isə 770 ton, başqa sözlə 6,9% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 57,9 milyon dollar (98,5 milyon manat) dəyərində 11 min 109 ton çay idxal olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi çayın 1 kiloqramının orta idxal qiyməti 10 manat 55 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 8 manat 86 qəpik idi. Bu da illik müqayisə ilə 1 manat 69 qəpik və ya 19,1% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi idxalın 0,38%-i çayın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,40% olub.
Bu ilin ilk 9 ayında Azərbaycandan 5 milyon dollar həcmində 547 ton çay ixrac edilib.
Çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 159 min dollar və ya 3,3%, miqdar ifadəsilə isə 5,5 ton, başqa sözlə 1% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 4,8 milyon dollar dəyərində 541 ton çay ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 15 manat 54 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 15 manat 19 qəpik idi. Bu da illik müqayisə ilə 35 qəpik və ya 2,3% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 0,03%-ü, qeyri-neft sektoru üzrə ixracın isə 0,19%-u çayın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,02% olub.
Bununla yanaşı hesabat dövründə ölkədə 8 835,4 ton çay istehsal edilib.
Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 531,2 ton azdır, yəni istehsalda 5,7 faiz azalma müşahidə olunub. 2024-cü ilin yanvar-sentyabr aylarında çay istehsalı 9 366,6 ton təşkil etmiş və əvvəlki illə müqayisədə 10,8 faiz artım qeydə alınmışdı.
Hazır məhsul ehtiyatı da azalıb, 95,2 tondan 83,6 tona düşüb, bu da 11,6 ton azalma deməkdir.
Ümumilikdə bu dövrdə çay idxalı ixracı 18,9 dəfə, istehsalı 1,2 dəfə üstələyib.