“Crocus Group”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarova məxsus “Uni Pak” MMC bu yay Moskva vilayətində Azərbaycanda istehsal olunan “Berg” enerji içkilərinin istehsalına başlamağı planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri yazır.
Onun layihədəki tərəfdaşları bu məhsulun istehsalçısının ortaqlarıdır.
Nəşrin məlumatına görə, Emin Ağalarovun içki istehsalı üçün may ayının sonunda təsis etdiyi “Uni Pak” MMC “Berg” ticarət nişanının qeydiyyatı üçün müraciət edib. Sözügedən brend altında enerji içkiləri Azərbaycanda istehsal olunur.
Emin Ağalarovun nümayəndəsi nəşrə bildirib ki, biznesmenin “Uni Pak” MMC-dəki tərəfdaşları Azərbaycanda “Berg” içkiləri istehsal edən “Berg Energy” şirkətinin ortaqlarıdır.
Qeyd edək ki, “Berg” enerji içkiləri "Berg" şirkəti tərəfindən istehsal olunur. (İnterfaks-Azərbaycan)