Azərbaycanın 24 şirkəti Qazaxıstan bazarına çıxışı hədəfləyir.
Eləcə də bax: Qazaxıstanın 65-ə yaxın şirkəti Qarabağda - BİZNES QURMAQ İSTƏYİR
FED.az xəbər verir ki, bunu "QazTrade" şirkətinin baş direktoru Azamat Askarulı Qazaxıstan-Azərbaycan işgüzar şurasının birinci iclasında deyib.
Onun sözlərinə görə, bu şirkətlər sənayedən qida sahəsinə kimi müxtəlif sektorları təmsil edir.
A.Askarulı vurğulayıb ki, son dörd il ərzində 491 şirkət Qazaxıstandan Azərbaycana öz məhsulunu tədarük edib.
"2022-ci ilin birinci yarısında ölkələrimiz arasında ticarət dövriyyəsi 194,1 milyon dollar təşkil edib. Bu sahədə də ötən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb", - deyə o bildirib. (Trend)