“Hazırda özəl sektor Azərbaycanda ÜDM-in 85% formalaşmasında iştirak edir ki, bu da kifayət qədər böyük rəqəmdir”.
Azad edilən ərazilərdə işləmək üçün 50 sahibkar qadın - MÜRACİƏT EDİB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
“Nəzərə alsaq ki, Azərbaycan neft-qazla zəngin ölkədir və neft-qaz dövlətin mülkiyyətində olan iqtisadi sahədir. Bunu nəzərə alsaq, özəl sektorun 85%-ə qədər çatması düşünürəm ki, Azərbaycanda sahibkarlığa göstərilən dəstəyin, həm də yaradılan imkan nəticəsində olub”, - deyə komitə sədri qeyd edib.
Tahir Mirkişili qeyd edib ki, Azərbaycanda hazırda 1 milyon 168 min sahibkar var. Onların 250 mindən çoxu qadın sahibkarlardır: “Azərbaycanda iri sahibkarlar arasında təəssüf ki, qadın sahibkarlar yoxdur. Orta sahibkarların təxminən 8%-i, kiçik sahibkarların da təxminən 16%-i, mikrosahibkarların 25%-i isə qadın sahibkarlardır. Bu gün işğaldan azad olunan ərazilərdə işləmək üçün müraciət edən sahibkarlardan 50-i qadın sahibkarlardır”.