Avropa və Rusiyadan Azərbaycana yük daşımaları ilə məşğul olan "RAM LTD" MMC bölünür və nizamnamə kapitalı azaldılır.
Eləcə də bax: “Baku Steel Construction” əmlakını siləcək - TOPLANTI
FED.az xəbər verir ki, “Ram LTD” MMC (bundan sonra Cəmiyyət) tərkibindən bir hüquqi şəxsin ayrılması nəticəsində yenidən təşkil edilməsi, həmçinin iştirakçısı “Pera İndustries” MMC-nin Cəmiyyətdən çıxması ilə bağlı Cəmiyyətin nizamnamə kapitalının azaldılıb.
Şirkətin hər birinin nominal dəyəri 500 manat olan 2 paydan ibarət 1000 manat həcmində müəyyən edilib.
Bununla bağlı Cəmiyyətin kreditorları öz tələblərini AZ1031, Bakı şəhəri, Nəsimi rayonu, Keşlə ŞTQ, Energetika, ev 5 ünvanında bildirə bilərlər.