26 may 2020-ci il saat 15.00-da, Bakı şəhəri, Binəqədi şossesi 53 nömrəli ünvanda yerləşən inzibati binada “Baku Steel Construction” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: Sement şirkəti - MƏNFƏƏTİNİ BÖLÜŞDÜRƏCƏK
FED.az-ın məlumatına görə ümumi yığıncağın gündəliyinə “Baku Steel Construction” ASC-nin yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi; “Baku Steel Construction” ASC-nin 2019-cu maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi, “Baku Steel Construction” ASC-nin balansında olan əsas vəsaitlərinin silinməsi və digər məsələlər daxildir.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Binəqədi şossesi 53 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış оla bilərlər.