“Zümrüd Capital” MMC nizamnamə kapitalını azaldır.
Eləcə də bax: Pirallahıda qara kürü istehsal edən şirkətin kapitalı 160 mln manata - ÇATDIRILDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Zümrüd Capital” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 50000000 rubl məbləğindən 1000 rubl məbləğinə azaldıldığını elan edir.
Kreditorlar 30 gün ərzində öz tələblərini AZ1025, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 15, Azure Business Center, mərtəbə 15, ofis 98 ünvanında həftənin iş günləri, Bazar ertəsindən Cümə gününədək, saat 10:00-dan 18:00-dək irəli sürə bilərlər.
Qeyd edək ki, “Zümrüd Capital” MMC bu ilin mart ayında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Elmira Əlixanova Əmrulla qızıdır.