Azərbaycanın böyük özəl gəmiçilik şirkəti olan “Caspian Marine Services Limited” və “Caspian Marine Service B.V.” (CMS) şirkətlərinə daxil olan şirkətin nizamnamə kapitalı artırlıb, 160 mln. manata çatdırlıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “CMS Properties” MMC-nin nizamnamə kapitalı 3 400 000 manat, yaxud 2.2% artırılıb.
Eləcə də bax: Azərbaycanın iri siqaret istehsalçısı: “Xaricdən idxal minimuma enib”
Bununla da şirkətin nizamnamə kapitalı 159 025 000 manata yüksəlib.
Pirallahıda “CMS Properties”nin “Nərəkənd” balıqyetişdirmə kompleksi vardır. Ölkə başçısının 2017-ci ildə bu şirkətinin layihənin təməlqoyma mərasimində deyilmişdi ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub.
“Caspian Marine Services Limited” Azərbaycananda 2010-cu ildən, “Caspian Marine Service B.V.” (B.V. – holland dilində besloten vennootschap) isə 2018-ci ildən filial kimi fəaliyyət göstərilirlər. Hər iki şirkətin Azərbaycandakı filialının baş direktoru Zamiq İsmayılov Ömər oğludur (əvvəllər ASCO-nun sədr müavini idi).