"Gəncə Toxunulmamış Parça" ASC 27 iyun 2024-cü il tarixdə saat 10:00-da cəmiyyətin növbədənkənar iclasının keçirilməsini elan edir.
FED.az xəbər verir ki, yığıncaq AZ2001, Gəncə şəhəri, Ş.İ.Xətai, ev 47 ünvanda baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. "Gəncə Toxunulmamış Parça" ASC-nin ləğv edilməsi
2. Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi
3."Gəncə Toxunulmamış Parça" ASC-nin ləğv edilməsi ilə əlaqədar qanunamüvafiq tədbirlərin həyata keçirilməsi haqqında qərarın qəbul edilməsi.
Qeyd edək ki, şirkət 513 min 966 manat nizamnamə kapitalına malik olan şirkət 20 aprel 1998-ci ildə yaradılıb. Qanuni təmsilçisi Mehrac Əliyev Məmməd oğludur.
Cəmiyyətin növbədənkənar iclasının gündəliyi ilə AZ2001, Gəncə şəhəri, Ş.İ.Xətai, ev 47 ünvanda tanış ola bilərsiniz.