Azərbaycanda eyni hüquqi ünvanda 3 lizinq şirkəti ləğv edilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, lizinq şirkətləri "Universal Lizinq" MMC (VÖEN: 1505397391) “GM Lizinq” MMC (VÖEN: 1505414081) və “NM Lizinq” MMC VÖEN: 1505420881) şirkətləridir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1008 Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, hər 3 lizinq şirkəti 2021-ci ildə dövlət qeydiyyatına alınıblar və nizamnamə kapitalları 20 manatdır.
GM Lizinq"in qanuni təmsilçisi Həşimov Elxan Rahid oğlu, "NM Lizinq"in qanuni təmsilçisi Heydərov Zahid Vəli oğlu, "Universal Lizinq"in qanuni təmsilçisi isə Nəcəfzadə Anar Ziya oğludur.












