Kür Elektron Avadanlıqları İstehsalı MMC fəaliyyətinə xitam verərək digər şirkətə qoşulub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət HTECH İNVEST MMC-yə qoşulub.
Nəticədə, “HTECH İNVEST” MMC “Kür Elektron Avadanlıqları İstehsalı” MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil olunub.
Bildirək ki, “Kür Elektron Avadanlıqları İstehsalı” MMC 10 sentyabr 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 milyon 300 min manat idi. Qanuni təmsilçisi Rızvan Osmanov Allahverən oğlu olub. Hüquqi ünvanı Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 71 ünvanı idi.
“Htech İnvest” MMC-nin nizamnamə kapitalı 3 049 603 manat təşkil edir. Qanuni təmsilçisi isə Lətif Məhərrəmov Vidadi oğludur. Hüquqi ünvanı Mingəçevir şəhəri, H.Əliyev küçəsi, ev 71-dir.












