Azərbaycanda ilk dəfə olaraq iş və işçi (gündəlik və ya daimi) tapmağı saniyələrə endirən xəritə əsaslı LAMAR.AZ adlı yeni platforma istifadəyə verilib.
FED.AZ xəbər verir ki, iş axtarmaq və uyğun işçi tapmaq prosesini tamamilə dəyişən LAMAR.AZ artıq Azərbaycanda trendə çevrilir.
İstifadəyə verildiyi ilk ayda 20 000-dən çox yükləmə toplayan tətbiq qısa müddətdə həm əmək bazarında, həm də xidmət sektorunda böyük marağa səbəb olub.
Qeyd edək ki, indiyədək insanlar bacarığı olsa belə, özünə uyğun işi tapmaqda çətinlik çəkirdi. İşəgötürənlər isə yaxınlığında uyğun namizədin olduğu halda ondan xəbərsiz qalırdı. LAMAR.AZ bu boşluğu dolduraraq bir tətbiqlə işi və işçini “əlinin altına gətirir”.
AZƏRBAYCANDA İLK DƏFƏ OLARAQ TAMAMİLƏ YENİ KONSEPT
Lamar.az əmək bazarında yeni bir model təqdim edir ki, bura iş + xidmət + xəritə və real vaxt rejimində əlaqə saxlamaq imkanı daxildir.
“LAMAR”DA İŞÇİNİ NECƏ AXTARMAQ OLUR?
Çox sadə. Tətbiqi açırsan, axtardığın işçinin peşəsini yazırsan və xəritədə sən ən yaxın iş elanları, ən yaxın işçi profilləri anında görəcəksən. Üstəlik tətbiq daxilində birbaşa zəng, mesajlaşma, şəkil göndərmə və canlı məkan paylaşma kimi funksiyalar mövcuddur ki, bu da iş və xidmət tapmaq prosesini bir neçə toxunuşa endirir.
TAPMADIN? ELAN YERLƏŞDİR ONLAR SƏNƏ YAZSIN…
LAMAR.AZ-ın ən sevilən funksiyalarından biri geriyə müraciət mexanizmidir. Axtardığını tapmadınsa, sadəcə elan yerləşdirirsən və yaxın ərazidəki uyğun namizədlər özləri sənə yazır. Proses həm sürətli, həm də olduqca rahatdır.
Qeyd edək ki, bu yanaşma nə klassik iş saytında var, nə də adi xidmət platformalarında. Lamar onların daha güclü, daha çevik və daha sürətli birləşmiş bir versiyasıdır.
“LAMAR”IN ÜSTÜNLÜKLƏRİ...
- vaxt itirmədən iş və ya işçi tapmağa imkan verir;
- real lokasiyaya əsaslanır;
- birbaşa işçi ilə əlaqə yaratmaq imkanı;
- təcrübə tələb etmir;
- müxtəlif yaş kateqoriyasından olan peşə sahibləri üçün uyğun olması;
Xatırladaq ki, hazırda Lamar.az qısa müddətdə minlərlə insanın gündəlik alətinə çevrilib. LAMAR.AZ ın peşəkar komandası platformanı daha da genişləndirərək Azərbaycanın əmək bazarında yeni standart yaratmağı hədəfləyir.
LAMAR.AZ tətbiqini “App Store” və ya “Google play”dən yükləmək mümkündür.




![Azərbaycanda tez bir zamanda iş və işçi tapmaq üçün yeni platforma istifadəyə verilib - [red]LAMAR.AZ – VİDEO[/red] | FED.az](upload/news/small/4718697.png)
![Azərbaycanda tez bir zamanda iş və işçi tapmaq üçün yeni platforma istifadəyə verilib - [red]LAMAR.AZ – VİDEO[/red] | FED.az](upload/news/small/2681141.jpg)
![Azərbaycanda tez bir zamanda iş və işçi tapmaq üçün yeni platforma istifadəyə verilib - [red]LAMAR.AZ – VİDEO[/red] | FED.az](upload/news/small/2912100.jpg)
![Azərbaycanda tez bir zamanda iş və işçi tapmaq üçün yeni platforma istifadəyə verilib - [red]LAMAR.AZ – VİDEO[/red] | FED.az](upload/news/small/2928421.jpg)
![Azərbaycanda tez bir zamanda iş və işçi tapmaq üçün yeni platforma istifadəyə verilib - [red]LAMAR.AZ – VİDEO[/red] | FED.az](upload/news/small/4724359.jpg)







