Azərbaycanda Sosial Sahibkarlıqla bağlı yeni sayt istifadəyə verilib.
FED.az xəbər verir ki, collaborate4impact.az vebsaytının əsas məqsədi sosial sahibkarların tanıdılması, dəyər investisiyası ilə bağlı ən son məlumatların paylaşılması, ölkəmizdə Sosial Sahibkarlıq ekosisteminin inkişafına təkan verməkdir.
Saytın news bölməsinə keçid edərək müxtəlif sosial sahibkarların hekayələri ilə tanış ola bilərsiz. Sayt yeni yaradılıb və mütəmadi paylaşımlar olacaq.
Sayt Avropa İttifaqının maliyyə dəstəyi ilə Avropa Vençur Filantropist Assosiasiyası tərəfindən icra olunan "Dəyər üçün əməkdaşlıq" proqramı çərçivəsində yaradılıb. Proqramın Azərbaycanda rəsmi tərəfdaşı Education HUB-dır.