Cari ilin noyabrın 1-nə Azərbaycanda qurşadırılmış bankomatların sayı 3 090 ədəd təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bankomatlatın 1 604-ü Bakının, 1 486-sı regionların payına düşüb.
Aylıq müqayisədə ümumi bankomatların sayı 29 ədəd (0,9%), Bakıdakı bankomatların sayı 17 ədəd (1%), regionlardakı bankomatların sayı isə 12 ədəd (0,8%) azalıb.
Belə ki, oktyabrın 1-nı ümumi bankomatların sayı 3 119 ədəd olub ki, onun 1 621-i Bakının, 1 498-i Regionların payına düşüb.
İllik müqayisədə isə ümumi olaraq bankomatların sayı 57 ədəd (1,9%) artıb ki, artımların 24-ü Bakıda (1,5%), 33-ü regionlarda (2,3%) olub.
Belə ki, 2022-ci ilin noyabrın 1-nə ölkə üzrə 3 033 ədəd bankomat olub ki, bunun da 1 580 ədədi Bakının, 1 453 ədədi regionların payına düşüb.