2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 101,8 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 306,2 milyon manat və ya 17,1% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin noyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 1 795,6 milyon manat olub.