“İma-Energy” Qapalı Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 18.01.2024-cü il tarixdə səhmlərin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərar qəbul edib.
FED.az xəbər verir ki,“İMA-ENERGY” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumat aşağıdakılardan ibarətdir:
1. emitentin tam adı, taşkilati-hüquqi forması və olduğu yer - “İMA-ENERGY” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: 1601005511), AZ1119, Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev, ev 33, m. 20;
2. qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi –18.01.2024-cü il tarixində keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının qərarına əsasən;
3. qiymətli kağızların dövlət qeydiyyat nömrəsi - AZ1001021794;
4. qiymətli kağızların növü və forması – sənədsiz, adi, adlı səhm;
5. qiymətli kağızların nominal dəyəri - 1,00 (bir) manat;
6. dövriyyədən çıxarılacaq və ləğv ediləcək qiymətli kağızların sayı – 5000 (beş min) ədəd;
7. qiymətli kağızların geri satın alınmasının başlama və başaçatma tarixi – bu məlumatın dərc edildiyi tarixdən etibarən 2 ay ərzində;
8. qiymətli kağızların geri satın alınması şərtləri (qiymətli kağızların geri satın alınma dəyəri, ödənilməsi qaydası, və s.) - sənədsiz adi adlı səhmlər dövriyyədən çıxarılaraq, müvafiq olaraq paylara çevriləcəkdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.