26 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında "Konstromat" ASC-nin AZ1001024285 dövlət qeydiyyat nömrəli 196 min manat həcmində, adi, adlı, sənədsiz, səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
Sement məhsulları satan şirkət 196 min manatlıq - SƏHM BURAXIR
FED.az Birjanın yaydığı məlumata istinadən xəbər verir ki, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 10 manat qiymətindən 1 sifariş təqdim edilib.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 196 min manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 196 min manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Invest-AZ İnvestisiya Şirkəti” QSC olub.
Yerləşdirmənin uğurla yekunlaşması ilə, tikinti materialları üzrə distribütor fəaliyyətinin həyata keçirməsi fəaliyyətilə məşğul olan “Konstromat” ASC-nin nizamnamə kapitalı 4 min manatdan 200 min manata yüksəlir.
İndiyədək ASC-nin səhmlərinin 100%-nin sahibi Əkbərov Rasim Naib oğlu idi.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.