“Cənubtikintiservis” Аçıq Səhmdar Cəmiyyətinin 2026-cı il yanvarın 9-da çağırılmış növbədənkənar ümumi yığıncağının yetərsay olmadığı üçün təkrar növbədənkənar ümumi yığıncağının çağırılması zərurəti yaranıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 20 fevral 2026-cı il saat 10.00-da Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 25 nömrəli ünvanda “Cənubtikintiservis” ASC səhmdarlarının təkrar növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncağın gündəliyinə aşağıdakı məsələ daxildir:
“Cənubtikintiservis” Açıq Səhmdar Cəmiyyətinin müşahidə şurasının tərkibinin və maliyyə-təftiş komissiyasının yenidən formalaşdırılması.
Təkrar növbədənkənar ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu: 012 491-00-30.










