27 fevral 2026-cı il saat 15:30-da “Xətai Tikinti Mexanizasiya” ASC səhmdarlarının növbəti illik ümumi keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq yığıncağı Bakı şəhəri, Sabunçu rayonu, B. Bünyadov küçəsi 3 nömrəli ünvanda olacaq.
İclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Səhmdar cəmiyyətin 2025-ci ilə aid maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının hesabatı
2. Təşkilati məsələlər: - İdarə heyəti üzvlərinin və sədrinin seçilməsi. - Müşahidə şurası üzvlərinin və sədrinin seçilməsi.
3. Səhmdar cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi.
4. Nizamnaməyə dəyişikliklərin edilməsi.
Səhmdarlar sənədlərlə hər həftənin 2-ci və 5-ci günləri saat 14:00-dan 16:00-a qədər ASC-nin inzibati binasında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi 4 nömrəli ünvanda tanış ola bilərlər.
Əlaqə telefonu: 077-741-88-82.










