“Gilan Holdinq” MMC ilə eyni ünvanda, “Capital Towers”də qeydiyyatda olan “G Capital” MMC-nin nizamnamə kapitalı bir qədər də artırılıb.
«GİLAN»ın vaxtilə məşhur olan daha - 25 ŞİRKƏTİ LƏĞV EDİLİR – TANINMIŞ ADLAR - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “G Capital” MMC-nin nizamnamə kapitalı son əməliyyatla 45.18 milyon manat və ya 42% artırılmaqla 151 milyon 611.1 min manata çatdırılıb.
2021-ci ildə təsis edilərkən “G Capital” MMC-nin nizamnamə kapitalı 19 781 100 manat idi. 2022-ci ilin əvvəlində 105 396 100 manata yüksəldimişdi.
Şirkət Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206 ünvanında (“Capital Tower” iş mərkəzi) qeydiyyatdan keçib. Qanuni təmsilçisi Toğrul Ülvi oğlu Hacıyevdir. Qeyd edək ki, “G Capital” MMC yaradılarkən, onunla eyni ünvanda qeydiyyata alınan və eyni şəxsin qanuni təmsilçisi olduğu beş şirkət yaradılıb. Bura, “G CO 1”, “G CO 2”, “G CO 3”, “G CO 4” və “G CO 5” Məhdud Məsuliyyətli Cəmiyyəti daxildir.