“Yeni Zeon” MMC-nin (VÖEN: 1505854821) “06” oktyabr 2025-ci il tarixində saat 10:00-da təsisçilərinin növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Heydər Əliyev prospekti 205, bina 9, mərtəbə 2, "New Zeon", Cəmiyyətin inzibati ofisində olacaq.
Yığıncağın gündəliyinə Cəmiyyətin yeni direktorunun seçilməsi daxildir.
Yığıncaq iştirakçılarının qeydiyyatı saat 09:00-da başlanır.
Yığıncaq saat 10:00-da başlanır.
Qeydiyyat üçün şəxsiyyət vəsiqəniz təqdim olunmalıdır.
Təsisçilərin ümumi yığıncağında şəxsən özünüz və ya notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında nümayəndəniz iştirak edə bilər.