“Rsi Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN 1201787761) nizamnamə kapitalını azaldır.
FED.az xəbər verir ki, şirkət nizamnamə kapitalının 170 020,00 manat məbləğdən 100 020,00 manat məbləğə azaldığını elan edir.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini AZ1041, Bakı Şəhəri Xəzər Rayonu, Buzovna Qəsəbəsi, Abşeron, ev 19, m. 0 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, sözü gedən şirkət 27 mart 2017-ci ildə yaradılıb, qanuni təmsilçisi Anar Rzayev İlham oğludur.