Azərbaycandakı şirkət rəhbərlərinin (CEO) 52 %-i düşünür ki, rəhbərlik etdikləri qurum hazırkı yolla davam eləsə 10 ildən sonra da iqtisadi səmərə əldə edəcək.
Bakıda fəaliyyətə başlayan «TABAKEVİ»ndə - COCUQ MƏRCANLI MƏHSULLARI DA TƏQDİM OLUNUR
FED.az xəbər verir ki, bu barədə "PwC" beynəlxalq audit şirkətinin “26th CEO Survey: Azerbaijan report” adlı ənənəvi hesabatının 2023-cü ilin üçün may ayı üçün buraxılışında bildirilir.
Sənədə əsasən, bu göstərici Mərkəzi və Şərqi Avropa (CEE) regionunda 52 %, dünyada isə 59 %-dir.
"Bu il CEE regionundan olan və qlobal məkandakı bir çox CEO-lar sürətlə dəyişən biznes mənzərəsini və şirkətin uğuruna təsir edə biləcək müxtəlif iqtisadi, siyasi və sosial amilləri nəzərə alaraq, şirkətlərinin uzunmüddətli perspektivdə maliyyə dayanıqlılığı ilə bağlı daha çox narahat olmağa başlayıblar.
Azərbaycandan olan biznes liderləri müəyyən təhüləkələrlə üzləşdiklərindən xəbərdardılar və buna uyğun tədbirlər görürlər. Onlar ümumilikdə sənaye və bazar tendensiyaları haqqında güclü bilgiyə, habelə şirkətlərinin gələcəyinə dair aydın bir baxışa malikdirlər”, - deyə hesabatda qeyd olunub.
Araşdırmalara əsasən, Azərbaycan CEO-ları rəqabətə davam gətirmək və önə çıxmaq üçün texnologiya, innovasiya və dayanıqlı inkişafa investisiya qoyulmasının vacibliyini anlayırlar. (Report)