Ötən həftə Bakıda Türkiyənin yuksek keyfiyyetli mətbəx mallarının satıldığı «Tabakevi» magazasi fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, mağazada Türkiyənin müxtəlif markaları olan mətbəx avadanlıqları və qablar satışa çıxarılıb.
Yeni fəaliyyətə başlayan mağazada işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki «Cocuq Mərcanlı İncəsənət Mərkəzi»nə də stend ayrılıb.
Burada Fabrikdə istehsal olunan çini-keramik məhsullar və suvenirlər də təqdim ediləcək.
Xatırladaq ki, işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdan əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən Qarabağın ilk inkişaf layihəsi olan «Cocuq Mərcanlı İncəsənət Mərkəzi»ndə yerli əhali tərəfindən hazırlanan çini-keramik məhsulların satışından əldə edilən gəlir kəndin sosial rifahının yaxşılaşdırılmasında byöük rol oynayır.
Cocuq Mərcanlının inkişafı layihəsi kəndin azad edilməsindən dəral sonra Türkiyə İş Adamları və Sənayeçiləri Birliyi (TÜİB) və tərəfdaşları tərəfindən hazırlanıb və Azərbaycan hökumətinin dəstəyi ilə reallaşdırılıb.