Azərbaycanda şirkət rəhbərlərinin (CEO) 88%-i milli valyutanın məzənnəsi ilə bağlı ehtimal edilən qeyri-sabitlikdən narahatdır.
FED.az xəbər verir ki, bu "PwC Azerbaijan" audit şirkətinin keçirdiyi 2-ci illik CEO araşdırması zamanı bəlli olub.
Eləcə də bax: Devalvasiya olacaqmı? – MƏRKƏZİ BANK RƏSMİSİNDƏN CAVAB
"PwC"nin aparıcı mütəxəssisi Vədad Rzalı isə deyib ki, CEO-ların bir çoxu vergi yükünün artmasından narahatlıq keçirir.
Eləcə də bax: "Şəffaf işləsək müflis olacağıq" - NAZİRLƏRƏ AÇIQ MƏKTUB
"CEO-ların 83%-i kadr çatışmazlığını və biznesə inamın olmamasını risk potensialı kimi görür. Onların 75%-i isə istehlakçının davranışının və xərclərinin dəyişməsini real risk kimi görür", - deyə o, qeyd edib.
"PWC Azerbaijan"ın rəhbəri Mövlan Paşayev isə bildirib ki, bu araşdırmanın nəticəsində əsəsən, bu il Azərbaycanda 1-2% iqtisadi artım gözlənilir.
© Report