Son zamanlarda sosial mediada Azərbaycanda növbəti devalvasiya olacağı ilə bağlı söhbətlər dolaşıır. FED.az ictimaiyyəti narahat edən bu məsələ ilə Mərkəzi Bankın sədr müavini Aftandil Babayevin mövqeyini aldı.
“Bu şaiyədən başqa bir şey deyil”, deyən A.Babayev bildirdi ki, bu söhbətlərin heç bir fundamental əsası yoxdur.
A.Babayev: “Manatın sabitliyi möhkəm özül üzərindədir və deyilənlər elə dedi-qodudur”.
Devalvasiya olacaqmı? – MƏRKƏZİ BANK RƏSMİSİNDƏN CAVAB
15:36
15 Mart 2018