Azərbaycanda balıq istehsalı ilə məşğul olan “VARVARA BALIQ” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Azərbaycanın 24 yaşlı şirkətinin rəhbərliyi - DƏYİŞDİRİLİR
FED.az xəbər verir ki, yığıncaq 24 iyun 2022-ci il tarixində Yevlax rayonun Varvara kəndində yerləşən inzibati binada keçiriləcəkdir.
Toplantıda “VARVARA BALIQ” ASC-nin 2021-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması, “VARVARA BALIQ” ASC-nin sədrinin tutduğu vəzifədən azad edilməsi və həmin vəzifəyə yeni şəxsin təyin edilməsi, digər məsələlər müzakirə ediləcək.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək, səhmdar cəmiyyətin Yevlax rayonun Varvara kəndində yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.