“Astara Kəndnəqliyyat” ASC-nin səhmdarlarının 30 iyun 2022-ci il tarixdə saat 11.00-da cəmiyyətin inzibati binasında səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: “Bakelektro”nun nizamnamə kapitalı artırılacaq - YIĞINCAQ
FED.az Banker.az-a istinadən xəbər verir ki, gündəlikdəki məsələlərə 2021-ci ilin yekunlarına dair İdarə Heyətinin hesabatı; Təşkilati məsələlər: İdarə heyətinin sədri və üzvlərinin seçilməsi; Müşahidə şurasının sədri və üzvlərinin seçilməsi; Daxili Audit (Təftiş Komitəsi) Müfəttişin seçilməs və digər məsələlər daxildir.
Qeyd edək ki, bu səhmdar cəmiyyət 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 274 830 manatdır və qanuni təmsilçisi Naib Yunusovdur.