“19” sentyabr 2024-cü il tarixdə saat 10:00-da “Gəncə Şərab-2” ASC-nin (dövlət qeydiyyatı № (VÖEN) 2300015791)səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Gəncə şəhəri, Kənar küçəsi, 3 ünvanında baş tutaq.
Səhmdarların növbədənkənar ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:
1. “Gəncə Şərab-2” ASC-nin səhmlərinin nominal dəyərinin artırılması yolu ilə nizamnamə kapitalının artırılması;
2. “Gəncə Şərab-2” ASC-nin nizamnamə kapitalının artırılması ilə əlaqədar olaraq Cəmiyyətin nizamnaməsinin ikinci redaksiyada təsdiq edilməsi;
3. Səhm buraxılışının dövlət qeydiyyatına alınması, səhmlərin qapalı şəkildə yerləşdirilməsi, səhmlərin emissiyasının yekunları haqqında hesabatın təsdiq edilməsi ilə bağlı aidiyyəti qurumlara müraciətlə bağlı məsələlər.
4. Cəmiyyətin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclas vaxtı yuxarıdakı ünvanda tanış oolmaq olar.
Səhmdarların növbədənkənar ümumi yığıncağında şəxsiyyəti təsdiq edən sənədlə bilavasitə özləri və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndələri vasitəsilə iştirakı xahiş olunur.