8 fevral 2023-cü il saat 10.30-da “Bakı İxtisaslaşdırılmış Nəqliyyat” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Azərbaycanda otel şirkəti - LƏĞV EDİLİR
FED.az xəbər verir ki, ümumi yığıncaqda 2022-ci ilin illik hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi, Cəmiyyətin ləğv edilməsi, Ləğvetmə komissiyasının yaradılması və digər məsələlər müzakirə ediləcək.
Səhmdarların gündəlikdəki məsələlərə aid hər hansı bir sualı olarsa, onda iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin icra orqanına müraciət etmək lazımdır.
Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.