“Beverage Services” MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək “Milla Dairy” MMC-yə (VÖEN: 1300995031) qoşulub.
BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Milla Dairy” MMC “Beverage Services” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunur.
Qeyd edək ki, ləğv olunan “Beverage Services” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 13 milyon 157 min 293 manat olan şirkətin qanuni təmsilçisi Vahabzadə Adil Azər oğludur. Şirkət Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr., ev.206 hüquqi ünvanında yerləşir.
“Milla Dairy” MMC də 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 283 milyon 450 min 255 manat, qanuni təmsilçisi Vahabzadə Adil Azər oğludur. Şirkət Abşeron rayonu, Hökməli ŞTQ (Bakı-Şamaxı Şossesi), ev.15-ci km hüquqi ünvanında yerləşir.














