Bu ilin yanvar-sentyabr aylarında reklam fəaliyyəti və bazarın öyrənilməsi sahəsində işləyənlərin orta aylıq əmək haqqı 1 494 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,5% çoxdur.
Ötən ilin eyni dövründə reklamçıların orta aylıq əmək haqqı 2 141,4 manat idi.
2022-ci ilin doqquz ayı ilə müqayisədə reklamçıların sayı da 7% artaraq 5,3 min nəfərdən 5,6 min nəfərə yüksəlib.