2025-ci ilin yanvar-mart aylarında poçt və kuryer fəaliyyətində orta aylıq əməkhaqqı 674,0 manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu rəqəm 2024-cü illə müqayisədə 99,6 manat və ya 14,8% artım göstərib.
2024-cü ilin müvafiq dövründə poçt və kuryer fəaliyyətində orta aylıq əməkhaqqı 574,4 manat idi.