2025-ci ilin yanvar-mart aylarında dəniz nəqliyyatında orta aylıq əməkhaqqı 2 343,7 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu göstərici əvvəlki illə müqayisədə 237,1 manat və ya 10,1% artıb.
2024-cü ilin müvafiq dövründə dəniz nəqliyyatında orta aylıq əməkhaqqı 2 106,6 manat idi.