Azərbaycanda daha bir şirkət ləğv edilir.
Eləcə də bax: Azərbaycanda şirkət rəhbəri işdən çıxarılır - TOPLANTI
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Bakı Yükdaşıma Nəqliyyat” ASC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini 1108 Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül şossesi, məhəllə 3095A ,23-cü Dağlıq küçəsi ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Bakı Yükdaşıma Nəqliyyat” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 102 730 manatdır və qanuni təmsilçisi Azər Zülfüqarovdur.