Azərbaycanda təmir, tikinti və dizayn işləri həyata keçirən “Zaferoğlu İnşaat” şirkətinin rəhbəri Zəfər Məmmədov 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak edəcək.
FED.az xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.
Eləcə də bax: Azərbaycanda daha bir biznes nümayəndəsi – DEPUTATLIĞA NAMİZƏD OLDU
Z.Məmmədov 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa iddialıdır. «Şirkətimizin rəhbəri, böyük ürəyə sahib olan, millətinə və dövlətinə xidmət etməkdən yorulmayan Zəfər Məmmədov 09 fevral 2020-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərində iştirak etmək üçün sənədlərini 37 saylı Nizami birinci (Gəncə) Dairə Seçki Komissiyasına təqdim etdi. Millətimiz və Dövlətimiz üçün xeyirli-uğurlu olsun!»-deyə şirkətin açıqlamasında bildirilir.
Qeyd edək ki, həmin dairədən Yeni Azərbaycan Partiyasının namizədi Pərvin Kərimzadədir.