Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru, "Mirzayev and Partners Legal Firm" hüquq şirkətinin rəhbəri Şaiq Mirzəyev yeni vəzifəyə təyin olunub.
Eləcə də bax: Yeni dövlət holdinqinə - SƏDR TƏYİN EDİLDİ - SƏRƏNCAM
FED.az xəbər verir ki, o, "Az-Granata" MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.
Şaiq Mirzəyev bu vəzifədə Vüqar Mikayılovu əvəz edib. V. Mikayılov isə şirkətin icraçı direktoru təyin edilib.
Qeyd edək ki, "Az-Granata" 2009-cu ildə Ağsu rayonunda yaradılıb. Şirkət alkoqollu və alkoqolsuz məhsullar istehsal edir.