Azərbaycanda işin dayanması ilə bağlı risklərdən sığorta üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 446 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 min manat və ya 6,7% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 417 min manat təşkil edib.
Bu dövrdə sığorta ödənişi və zərərlilik qeydə alınmayıb.