"Dövlət qulluğuna qəbul zamanı fərdin malik olduğu bilikləri nə dərəcədə tətbiq etməsi vacib məsələlərdəndir".
Eləcə də bax: Azərbaycanda qadın sahibkarların payı - 21% Təşkil Edir
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Dövlət Qulluğunda Gender Bərabərliyi üzrə Kurikulum” vəsaitinin təqdimatında çıxışı zamanı deyib.
O bildirib ki, bu ilin aprelin 1-nə olan statistikaya əsasən sahibkarlıq sahəsində qadınların göstəricisi 27 faiz olub: "Dövlət qulluqçularının 7 339-u isə qadınlar olub. 2019-cu il üzrə müsahibələrdə uğur qazananlar içərisində daha çox kişilər olub. Qadınlar yaxşı nəticələr göstərsələr də, vəzifələrə seçimlərdə geri qalıblar".