Azərbaycanda dövlət vəsaiti ilə güzəştli kreditlərin ayrılması zamanı üstünlük veriləcək əsas sahələr dəqiqləşib.
FED.az xəbər verir ki, bura ümumilikdə 26 istiqamət aiddir.
Banklar yanvar ayında biznes kreditlərini azaldıb - İstehlakı Artırdılar
Sahibkarlığın İnkişafı Fondundan (SİF) FED.az-a verilən məlumata görə, Fondun vəsaitlərinin istifadəsi üzrə prioritet istiqamətlər aşağıdakılardır:
Kredit borcunu müntəzəm ödəyən şəxslərə faiz məbləğinin - 5%-i Geri Qaytarılacaq
- Azərbaycan prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin yaradılması və ya genişləndirilməsi;
- aqrar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi;
- aqropark və fermer təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
- ətlik və südlük istiqamətli cins iribuynuzlu və digər heyvandarlıq komplekslərinin yaradılması və ya genişləndirilməsi;
- müasir suvarma sistemləri və digər müasir texnologiyaların tətbiqi ilə əkinçilik, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
- qurudulmuş və dondurulmuş meyvə-tərəvəz istehsalı, qüvvəli yem və ət kəsimi müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
- çayçılıq, pambıqçılıq, tütünçülük, çəltikçilik, baramaçılıq və üzümçülük təsərrüfatlarının yaradılması;
- tütünqurutma, baramaqurutma, yun və dəri qəbulu məntəqələrinin yaradılması və ya genişləndirilməsi;
- startap layihələrin dəstəklənməsi;
- turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi;
- innovativ texnologiyalar əsasında yeni istehsal və emal müəssisələrin yaradılması və ya mövcud müəssisələrin modernləşdirilməsi və ya genişləndirilməsi;
- logistik mərkəz (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı), taxıl anbarı kompleksi, yaşıl market və fermer mağazalarının yaradılması və ya genişləndirilməsi;
- nəqliyyat, ticarət (o cümlədən elektron kommersiya) və logistika xidmətlərinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
- tikinti sektorunun inkişafı yönümlü layihələrin dəstəklənməsi;
- digər istehsal, emal və xidmət sahələrində (yüngül, yeyinti, kimya, maşınqayırma sənayesi, tibb, təhsil və s.) müəssisələrin yaradılması və ya genişləndirilməsi;
- idxaləvəzləyici və ixrac yönümlü qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
- dağ-mədən sənayesinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
- təkrar emal layihələrinin dəstəklənməsi;
- balıqçılıq və digər su bioresurslarının bərpa olunması və artırılmasının dəstəklənməsi;
- ənənəvi və milli mənəvi dəyərləri özündə əks etdirən qədim xalq sənətlərinin inkişaf etdirilməsi məqsədilə xalçaçılıq, dulusçuluq, ipəkçilik, misgərlik, suvenir istehsalı və sair sahələrin dəstəklənməsi;
- kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin dəstəklənməsi;
- rəqəmsal iqtisadiyyat, internet, telekommunikasiya xidmətlərinin inkişafı layihələrinin dəstəklənməsi;
- alternativ enerji və ya rəqəmsallaşmanın tətbiqi, bu sahədə xidmətlərin göstərilməsi, avadanlıq və qurğular istehsalının həyata keçirilməsi yönümlü layihələrin dəstəklənməsi;
- ekoloji tarazlığı təmin edən biznes layihələrin dəstəklənməsi;
- BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və ESG (ətraf mühit, sosial və korporativ idarəetmə) faktorlarına əsaslanan kənd təsərrüfatı, istehsal, emal, turizm və digər sahələr üzrə layihələrin dəstəklənməsi;
- işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən biznes layihələrin dəstəklənməsi.