Bu il iyulun 1-i vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1,1 mln. keçib.
Eləcə də bax: Azərbaycanda bankların fərdi sahibkarlara verdiyi kredit - Rekord Yenilədi
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
İyulun 1-nə ölkədə qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 114 700 təşkil edib.
"Hesabat dövründə hər dörd fərdi sahibkardan üçü "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Ticarət; nəqliyyat vasitələrinin təmiri", "Nəqliyyat və anbar təsərrüfatı" və "Digər sahələrdə xidmətlərin göstərilməsi" sahələri üzrə qeydiyyatdan keçib", - hesabatda deyilir.
Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,9%), Lənkəran-Astara (9,8%), Qazax-Tovuz (7,5%) və Mərkəzi Aran (6,8%) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Fərdi sahibkarların 78,7%-ni kişilər, 21,3%-ni isə qadınlar təşkil edib.(Apa)